525.Az

İmtahanların nəticəsi bu gün açıqlanır


 

İmtahanların nəticəsi bu gün açıqlanır<b style="color:red"></b>

I və IV ixtisas qrupları üzrə imtahan verən abituriyentlər bu gün nəticələri öyrənə biləcəklər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a verilən məlumata görə, I və IV ixtisas qrupu üzrə qəbul imtahanın nəticələri bu gün günortadan sonra açıqlanacaq.
Qeyd edək ki, TQDK iyulun 14-də cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılıb.

 





16.07.2015    çap et  çap et