525.Az

Hərbi xidmət haqqında qanuna dəyişiklik edildi


 

Hərbi xidmət haqqında qanuna dəyişiklik edildi<b style="color:red"></b>

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı fərman imzalayıb.

525.az-ın məlumatına görə, bu fərmanla Nazirlər Kabinetinə bir sıra tapşırıqlar verilib.

Belə ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının yeni dəyişikliklərə uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir;

Nazirlər Kabineti “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.5-ci maddəsinə uyğun olaraq, təhsili davam etdirmək üçün çağırışa möhlət verilən xarici ölkələrin təhsil müəssisələrinin siyahısını Prezidentlə razılaşdırmaqla bir ay müddətində təsdiq etməlidir;

Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verməlidir.

 





16.07.2015    çap et  çap et