525.Az

Cavanşir Feyziyev Kolmar şəhərinin "Fəxri səfiri" elan olundu


 

Cavanşir Feyziyev Kolmar şəhərinin "Fəxri səfiri" elan olundu<b style="color:red"></b>

Millət vəkili, Azərbaycan - Fransa parlamentlərarası  dostluq qrupunun üzvü Cavanşir Feyziyev  Fransanın Kolmar şəhərinin "Fəxri səfiri" elan olunub.

Bu barədə məlumatların dərc olunduğu Fransa mətbuatında yayılan xəbərlərdə azərbaycanlı deputatın ictimai-siyasi fəaliyyəti, Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafına verdiyi töhfələr haqqında da danışılır.

Bildirilir ki,  Fransanın Kolmar  meriyasında keçirilən  xüsusi tədbirdə şəhər meri Jilber Meyer  "Fəxri səfir" etimadnaməsini Azərbaycan - Fransa parlamentlərarası  dostluq qrupunun üzvü, Şəki şəhərindən seçilmiş deputat Cavanşir Feyziyevə təqdim eedib.

Azərbaycan-Fransa əlaqələrinin tarixindən və son illərdə bu əlaqələrin hərtərəfli inkişafından danışan  şəhər meri bir neçə ay əvvəl Kolmar və Şəki şəhərlərinin qardaşlaşması haqqında saziş imzalandığını bildirmiş və bu layihənin həyata vəsiqə almasında millət vəkili Cavanşir Feyziyevin xidmələrini xüsusi vurğulamışdır. O, eyni zamanda azərbaycanlı deputata göstərilən etimadı Cavanşir Feyziyevin Fransa tarixinə və mədəniyyətinə yaxından bələd olması, fransız dilində sərbəst danışması və Fransa-Azərbaycan mədəni əlaqələrinin inkişafına daha böyük töhfələr vermək imkanlarına malik olması ilə əsaslandırıb.

Mer bildirib ki, bu etimadnaməyə malik olan şəxs "Kolmarın səfiri" adlanır, yaşadığı və əmək fəaliyyəti ilə məşğul olduğu ərazilərdə Kolmar vilayəti adından çıxış etmək və həmin ərazilərlə Kolmar arasında qarşılıqlı əməkdaşlığın inkişafı naminə fəaliyyətlər göstərmək səlahiyyətləri əldə edir.

Tədbirdə çıxış edən deputat Cavanşir Feyziyev bildirib ki, son illərdə iki ölkə münasibətlərinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolu böyükdür. Azərbaycan-Fransa münasibətləri mədəniyyət sahəsində də xüsusi çəkisi ilə diqqəti cəlb edir. Bu sahədə Mehriban xanım Əliyevanın xüsusi xidmətləri var. Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransada təşkil edilən mərasimlər Azərbaycanın bu ölkədə daha yaxşı tanıdılmasına, mədəniyyətimizin təbliğinə xidmət edir. Bu prosesi mənalandıran ən mühüm cəhətlərdən biri də mədəniyyət tədbirlərinin təkcə paytaxt Parislə məhdudlaşmamasıdır. Heydər Əliyev Fondunun layihələri əsasında Fransanın 10-dan artıq şəhərində Azərbaycan mədəniyyətinin təbliğinə dair xüsusi tədbirlər keçirilib. Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti Fransa ictimaiyyətində ölkəmiz haqqında informasiya bolluğu yaratmaq və bu tədbirlərin  Azərbaycanın Fransa ictimaiyyətinə tanıdılmasında mühüm rol oynadığını bildirib.

Çıxışına davam edən Cavanşir Feyziyev qeyd edib ki, Şəki və Kolmar şəhərlərinin qardaşlaşması da bu istiqamətdə aparılan işlərin tərkib hissəsidir. Bu əlaqələrin hər iki ölkəyə xeyir gətirəcəyini vurğulayan deputat iki şəhər arasında təhsil, mədəniyyət və turizm sahələrində geniş əməkdaşlıq imkanlarının olduğuna da əminliyini bildirib.

Göstərilən etimada görə Kolmar şəhər meriyasına təşəkkür edən Cavanşir Feyziyev  Şəki və Kolmar şəhərləri arasında mədəni-humanitar əlaqələrin inkişafını yüksək qiymətləndirib və bu münasibətlərin daha da güclənməsi üçün əlindən gələni edəcəyini bildirib.

 Məlumat üçün bildirək ki, millət vəkili Cavanşir Feyziyev Kolmar şəhər meriyasının dəvəti ilə 14 iyul - Fransa Milli Bayramına həsr olunmuş tədbirlərdə iştirak etmək üçün  Fransanın Kolmar şəhərində rəsmi səfərdə olub.

 





16.07.2015    çap et  çap et