525.Az

YAP jurnalistləri mükafatlandırıb


 

YAP jurnalistləri mükafatlandırıb<b style="color:red"></b> Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı tədbir keçirilib.
 
APA-nın məlumatına görə, Azərbaycan mətbuat tarixindən danışan Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyib ki, milli mətbuatımız xalqımızın maariflənməsində böyük rol oynayıb.
 
M. Qurbanlı bildirib ki, Heydər Əliyev 1970-ci illərdə hakimiyyətdə olduğu dövrdə radio və televiziyanın, yazılı mətbuatın inkişafı sahəsində ciddi işlər görülüb: “Müstəqilliyimizin bərpasından sonra da Heydər Əliyev mətbuatın inkişafına xüsusi diqqət yetirib, mətbuatın dostu adını alıb. Prezident İlham Əliyev də mətbuatın inkişafı, mətbuatın problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüb”.
 
M. Qurbanlı YAP-ın da mətbuatla əlaqələrə xüsusi diqqət yetirdiyini söyləyib: “YAP adından jurnalistləri təbrik edirik”.
 
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə qeyd edib ki, Azərbaycan müstəqillik qazanandan sonrakı dövrdə mətbuatda kifayət qədər peşəkar kadrlar yetişib: “Söz azadlığının təmin olunmasında mətbuat böyük rol oynadı. Həm də SSRİ-də 14 respublika ilə müqayisədə Azərbaycanın müstəqillik qazanması prosesi çox ağır oldu, torpaqlarımız işğala məruz qaldı, separatizm baş qaldırdı. Mətbuat xalqın Azərbaycan ərazilərinin müdafiəsinə səfərbər olunmasında, dövlətçiliyimizin qorunmasında mühüm rol oynayıb”.
 
Heydər Əliyevin mətbuata qayğısı, bu istiqamətdə gördüyü işlərə toxunan S. Novruzov prezident İlham Əliyev tərəfindən bu istiqamətdə işləri davam etdirdiyini vurğulayıb: “Birinci Avropa Oyunları da göstərdi ki, bir neçə orqanı çıxmaq şərti ilə, mətbuatımız ümumxalq maraqları digər maraqlardan üstün tutaraq, Azərbycanda keçirilən bu möhtəşəm tədbirə qarayaxmalara, erməni lobbisindən maliyyələşən dairələr və sapı özümüzdən olan baltalara qarşı birmənalı mövqe ortaya qoydu. Siyasətçilərin də proqramlarını seçicilərə çatdırmasında mətbuatın rolu əvəzedilməzdir.  Qarışdan gələn parlament seçkiləri Azərbaycan mətbuatının 140 illiyinə təsadüf edir. İnanıram ki, 140 illik təcrübə parlament seçkilərində təbliğat-təşviqat kampaniyasının qurulmasında özünü göstərəcək. Həm də qarşıdan Ramazan bayramı gəlir, bu münasibətlə xalqımızı, jurnalistlərimizi təbrik edirik”.
 
Daha sonra bir qrup jurnalist Milli Mətbuat Günü ilə bağlı mükafatlandırılıb.
 





16.07.2015    çap et  çap et