525.Az

"Neftçi"nin futbolçuları diskvalifikasiya edildi


 

"Neftçi"nin futbolçuları diskvalifikasiya edildi<b style="color:red"></b>

UEFA "Neftçi"nin futbolçuları ilə bağlı qərarını verib.

Trend klubun saytına istinadən məlumat verir ki, UEFA-nın Nəzarət, etik və intizam komitəsi Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost” – “Neftçi” oyunu barədə qərar qəbul edib.

İyulun 9-da Podqoritsa şəhər stadionunda keçirilmiş matçın sonunda hər iki komandanın futbolçuları arasında yaranmış münaqişəyə görə “Neftçi”nin iki üzvü – Aylton Fereyra və Maksim Vaylo cəzalandırılıb.

Hər iki futbolçumuz 3 oyunluq diskvalifikasiya edilib.

 





16.07.2015    çap et  çap et