525.Az

“Vizaların verilmə müddətinin 10 gündən 3-5 günədək azaldılması gündəmdədir”


 

“Vizaların verilmə müddətinin 10 gündən 3-5 günədək azaldılması gündəmdədir”<b style="color:red"></b> “Bu gün Azərbaycanda 60-dan çox şirkət elektron vizaların verilməsi ilə məşğuldur. Yalnız bu il müddətində 10 mindən artıq elektron turist vizası verilib. Ancaq dövlət başçısının tapşırığının əsas məqsədi vizaların daha çevik, daha səmərəli və rahat alınması üçün şəraitin yaradılmasından ibarətdir”.
 
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, vizanın verilmə müddətinin aşağı salınması, yəni 10 gündən 3-5 günədək azaldılması məsələsi gündəmdədir:

“Artıq Xarici İşlər Nazirliyi digər dövlət qurumları ilə birlikdə təkliflər və qərar layihələri hazırlayır.

Ümidvaram ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalar üzrə akkreditasiya yenidən aparılacaq.
Turizm şirkətlərinin bu qaydalara tam riayət etmələrinə ciddi nəzarət olunmalıdır. Onların vasitəsilə bu vizaların alınması və bəlkə də xüsusi mərkəzlərin yaradılması mövzusu bu gün gündəlikdədir”.
 





16.07.2015    çap et  çap et