525.Az

Bayram günlərində polis gücləndirilmiş iş rejimində çalışacaq


 

Bayram günlərində polis gücləndirilmiş iş rejimində çalışacaq<b style="color:red"></b> Ramazan bayramı münasibətilə Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya  verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı  müvafiq əmrlə Ramazan bayramı ilə bağlı polis iyulun 17-dən 21-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Əmrə əsasən bayram günlərində ictimai yerlərdə və insanların kütləvi istirahət etdiyi ərazilərdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədilə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi təmin edilməlidir.
 
Ramazan bayramı günləri ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.
 





16.07.2015    çap et  çap et