525.Az

PKK terrorçuları İğdır-Naxçıvan yolunda yük avtomobilinə od vurub


 

PKK terrorçuları İğdır-Naxçıvan yolunda yük avtomobilinə od vurub<b style="color:red"></b>

PKK Türkiyənin İğdır vilayəti ərazisində terror törədib.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, iyulun 16-da yerli vaxtla saat 19.35-də İğdırın Qaraqoyun rayonunun Daşburun kəndi yaxınlığında PKK-çılar İğdırdan Naxçıvana – Dilucu sərhəd məntəqəsinə gedən yolu kəsərək bir yük avtomobilini (TIR) saxlayıblar. Onlar sürücünü avtomobildən düşürərək TIR-a od vurublar və hadisə yerindən qaçıblar.
 
Yanğın səbəbi ilə yolda nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Yanğınsöndürənlər TIR-ı söndürsələr də, avtomobil yararsız hala düşüb.
 
Təhlükəsizlik qüvvələri əməliyyat-axtarış tədbirlərinə başlayıb.

 





17.07.2015    çap et  çap et