525.Az

“Münaqişənin həlli üzrə səyləri intensivləşdirməyin vaxtı çatıb”


 

“Münaqişənin həlli üzrə səyləri intensivləşdirməyin vaxtı çatıb”<b style="color:red"></b>

“Dağlıq Qarabağ probleminin həlli üzrə səyləri intensivləşdirməyin vaxtı çatıb”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündə deyib. 
 
“Biz ATƏT-in Minsk Qrupu çərçivəsindəki razılaşmalar çərçivəsində amerikalı və fransalı tərəfdaşlarımızla birlikdə işləyirik. Biz onlarla daimi əlaqədəyik və müntəzəm təmasdayıq”, - deyə S. Lavrov söyləyib.    
 
Xatırladaq ki, E. Məmmədyarov Rusiyada səfərdədir.

 





17.07.2015    çap et  çap et