525.Az

“Rudar” – “Qarabağ” matçının hakimləri bəlli olub


 

“Rudar” – “Qarabağ” matçının hakimləri bəlli olub<b style="color:red"></b>

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Rudar” – “Qarabağ” matçının hakimləri bəlli olub.

Qol.Az-ın məlumatına görə, iyulun 22-də baş tutacaq oyunu bolqarıstanlı hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Georgo Kabakov olacaq. Ona həmyerliləri Martin Marqaritov və Martin Venev kömək edəcək.

22 iyul

23:45. "Rudar" (Pljevlya, Monteneqro) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Georgi Kabakov
Yan xətt hakimləri: Martin Marqaritov, Martin Venev
Dördüncü hakim: Nikolay Yordanov (hamısı Bolqarıstan)
UEFA hakim-inspektoru: Françesko Byanki (İsveçrə)
UEFA nümayəndəsi: Tuqomir Frayman (Sloveniya)

 





18.07.2015    çap et  çap et