525.Az

Obama İranla sazişin detallarını açıqlayıb


 

Obama İranla sazişin detallarını açıqlayıb<b style="color:red"></b>

ABŞ prezidenti Barak Obama İranın nüvə proqramının dondurulmasına və Tehrana qarşı sanksiyaların yumşaldılmasına dair əldə olunan tarixi sazişin detallarını açıqlayıb.

APA-nın “Azadlıq Radiosu”na istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti xalqa  ənənəvi həftəlik  müraciətində qeyd edib ki, saziş İranın uran ehtiyatlarının 98 faiz azaldılmasını nəzərdə tutur. Bundan başqa, zənginləşdirilmiş uranın istehsalında istifadə olunan sentrifuqların sayı 20 mindən 6 minədək azaldılacaq.
 
İran həmçinin Arak reaktoruna dəyişiklik edərək bir daha silah məqsədli radioaktiv plutoniy  istehsal etməməlidir. İran yaxın 15 il ərzində ümumiyyətlə bu tip reaktor tikməməlidir.   
 
Bu proses İranın obyektlərini daim yoxlayacaq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin hərbi ekspertlərinin nəzarətində olacaq.
 
Razılaşmada əks olunan müddəalardan hər-hansı pozularsa İrana qarşı bütün iqtisadi  sanksiyalar qüvvəyə minəcək.

 





19.07.2015    çap et  çap et