525.Az

Dünyanın ilk robot oteli – Fotolar


 

Dünyanın ilk robot oteli – <b style="color:red">Fotolar</b>
Yaponiyanın Naqasaki şəhərində dünyanın ilk robot oteli açılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, həmin oteldə işləyənlərin əksəriyyəti robotlardır. 

“Henn-na” adlanan oteldə hazırda 10 süni intellekt nümunəsi çalışır: 3 qeydiyyat şöbəsi işçisi, 4 qapıçı, 2 qulluqçu və 1 qarderob işçisi.

Robotlar “Koroko” şirkəti tərəfindən istehsal edilib. Cansız əşyalara insan üzü verilib. Onlar nəfəs alır, gözlərini qırpır, müştəri ilə göz təmasında olur, eləcə də yapon, çin, koreya və ingilis dillərində danışa bilirlər.

Otaqlar öz müştərilərini “üz tanıma” texnologiyası əsasında içəri qəbul edir. Əsasən günəş enerjisindən istifadə olunan “Henn-na”nın otaqlarında temperatur müştərinin bədən istiliyinə uyğun tənzimlənir. 

Layihə uğur qazanar və məşhurlaşarsa, bu cür otellərin təkmilləşdirilərək sayının 1000-ə çatdırılması planlaşdırılır.
 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 





21.07.2015    çap et  çap et