525.Az

Toy karvanında traktor - Video


 

Toy karvanında traktor - <b style="color:red">Video</b> Qazaxda keçirilən toy mərasimində dostları bəyə maraqlı sürpriz ediblər.

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, maraqlı hadisə rayonun Alpout kəndində baş verib.
 
Toy günü gəlin karvanında traktorun bəy maşından öndə getməsi dostlarının Sərxan bəyə sürprizi olub. Qazax toyunda bəzəkli traktorun bütün avtomobillərdən öndə getməsi qərb bölgəsində hər kəsin marağına səbəb olub.
 
Qazaxın Alpout kəndindəki adətə görə, gəlin bəy evinə getməzdən əvvəl onun ayaqqabıları aparılır. Sərxanın toyunda isə ayaq geyimini gəlinin yeni evinə traktor sürücüsü aparıb.
 
Toy günü gəlini yola salmağa hazırlaşan qohum-əqrəba da traktorun gəlişini maraqla qarşılayıb. Ayaqqabını qız evindən alıb oğlan anasına təhvil verən sürücü isə bununla da Alpout kəndində bir ilki reallaşdırıb.
 





21.07.2015    çap et  çap et