525.Az

Cəlilabad-Yardımlı avtomobil yolu çöküb


 

Cəlilabad-Yardımlı avtomobil yolu çöküb<b style="color:red"></b>

ki rayonu birləşdirən Cəlilabad -Yardımlı avtomobil yolunda baş verən torpaq sürüşməsi yolu keçilməz hala salıb.

APA-nın cənub bürosunun məlumatına görə, ərazidə nəqliyyat vasitələrinin hərəkətini təmin edən yeganə alternativ yol isə təhlükəli vəziyyətə düşüb.
 
Qeyd edək ki, Cəlilabad-Yardımlı avtomobil yolunda bir müddət əvvəl torpaq sürüşməsi baş verib. Yolun  Cəlilabad rayonunun Pərdi kəndindən keçən hissəsi 70 metr uzunluğunda dağılaraq çöküb.
 
Nəqliyyat vasitələrinin  hərəkətinin təmin olunması üçün ərazidə çəkilmiş alternativ yol da tədricən dağılaraq sıradan çıxmaqdadır.

Sürücülərin sözlərinə görə, yağıntıların intensiv xarakter alacağı təqdirdə ərazidə torpaq sürüşməsinin əhatəsinin  bir neçə dəfə genişlənəcəyi istisna olunmur. Nəticədə isə 30-dan yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilməsinə səbəb ola bilər.
 
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Asif Əzizov APA-nın yerli bürosuna açıqlamasında sürüşmə zonasına mütəxəssislər  tərəfindən baxış keçirildiyini, vəziyyətin qaydaya düşməsindən ötrü tezliklə müvafiq tədbirlərin görüləcəyini bildirib.

 





21.07.2015    çap et  çap et