525.Az

İnterpol sabiq prezidenti axtarış siyahısından çıxardı


 

İnterpol sabiq prezidenti axtarış siyahısından çıxardı<b style="color:red"></b> İnterpol Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçi beynəlxalq axtarış siyahısından çıxarıb.

Modern.az Rusiya KİV-inə isitnadən xəbər verir ki, Yanukoviçin adının axtarış siyahısından çıxarılması İngiltərənin “Jozeph Hage” vəkil kontorunun sayəsində baş tutub. 2014-cü ilin martından sabiq prezidentə yardım edən kontor axtarışın siyasi xarakter daşıması ilə bağlı İnterpol-a şikayət etdikdən sonra Yanukoviçin adı siyahıdan çıxarılıb.

2014-cü ilin fevralında hakimiyyətdən devrilən Viktor Yanukoviç Ukrayna hüquq-mühafizə orqanları tərəfindən külli miqdarda dövlət əmlakını talamaqda və s. cinayətlərdə ittiham olunur.  
 





21.07.2015    çap et  çap et