525.Az

Dünya xalqlarının qəribə inancları


 

Dünya xalqlarının qəribə inancları<b style="color:red"></b>

Dünyanın müxtəlif yerlərində yaşayan xalqların özlərinə görə inancları var. Bəzi inanclar maraqlı, bəziləri isə cəmiyyət tərəfindən qəribə qarşılanır.

Modern. az həmin inanclardan bəzilərini təqdim edir.

İndoneziyada Torayan adlı etnik qrupun dəfn mərasimi aylarla davam edə bilər. Dəfn mərasimi üçün lazımi vəsait toplanana qədər ailənin ölü üzvü zirzəmidə saxlanılır. Bu inanca görə, insan öldükdən sonra ruhu doğulduğu yerə qayıtmalıdır. Torayanlar ölən ruhun dəfn mərasiminə qədər ailə ilə yaşadığına inanırlar.

Pakistanda Günəş tutulmasının müalicəvi gücünün olduğuna inanılır. Guya, Günəş tutulması zamanı xəstə uşaqları sinəsinə qədər torpağa basarlarsa, o, xəstəlikdən müalicə olunacaq.

Rusiyada evdə hər hansı bir əşya unudulduqda onu götürmək üçün geri qayıtmazlar. Bunun əvəzinə başqa bir yaxınlarını unutduqları əşyanı gətirmək üçün göndərirlər. Rusların inanclarına görə, evdən çıxdıqdan sonra geri qayıtmaq uğursuzluq gətirir.

Mərakeşdə vaxtından əvvəl dünyaya gələn uşaqların magiya vasitəsilə yuxuya verildiyinə inanılır. Guya, bu cür adamlar davranışlarına nəzarət edə bilmir, bəzi cinayətlərdə təqsirləndirilmələrdən azad edilirlər.

İspaniyada ilin hər bir ayı üçün 1 dəqiqədə 12 üzüm yeyilir. Bu, bütün il boyunca şanslı olacaqları mənasına gəlir. Qəribəsi də odur ki, 1 dəqiqədə 12 üzüm yeməyi heç kim bacara bilmir.

 





21.07.2015    çap et  çap et