525.Az

İlin KİV-ləri və jurnalistlərinin adları açıqlandı


 

İlin KİV-ləri və jurnalistlərinin adları açıqlandı<b style="color:red"></b> Parlament Jurnalistləri Birliyi (PJB) Milli Mətbuat Gününün 140 illiyi münasibətilə jurnalistlər arasında rəy sorğusu keçirib.
 
525.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, keçirilən rəy sorğusu nəticəsində “İlin media qurumları” və “İlin jurnalistləri” nominasiyası üzrə qaliblər müəyyənləşib.
 
PJB sədrinin müavini Aqil Aslan bildirib ki, parlament jurnalistləri arasında keçirilən rəy sorğusuna görə, “İdman Azərbaycan” “İlin telekanalı”, APA “İlin Xəbər Agentliyi”, “Kaspi” “İlin qəzeti”, “İctimai radio” “İlin radiosu”, “Modern.az” “İlin saytı” nominasiyasının qalibi olub.

Jurnalistlər Ləman Əliəşrəfqızını (ANS) “İlin televiziya jurnalisti”, Aygün Muradxanlını (“Yeni Müsavat”) “İlin qəzet jurnalisti”, İmdad Əlizadəni (Report.az) “İlin internet jurnalisti” adına layiq görüblər.
 





22.07.2015    çap et  çap et