525.Az

"İRƏLİ" İctimai Birliyi jurnalistləri təltif etdi


 

TƏŞKİLAT SON BİR İLLİK FƏALİYYƏTİ ƏRZİNDƏ 45-DƏN ÇOX KİV-LƏ ƏMƏKDAŞLIQ ƏLAQƏSİ QURUB

"İRƏLİ" İctimai Birliyi jurnalistləri təltif etdi<b style="color:red"></b>

Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illik yubileyi münasibətilə "İRƏLİ" İctimai Birliyi (İB) mətbuat nümayəndələri ilə görüş keçirib.

Tədbirdə İB-in sədri MirHəsən Seyidov mətbuatın cəmiyyətin həyatındakı rolundan, həmçinin kütləvi informasiya vasitələrilə qurum arasındakı sıx əlaqələrdən danışıb. O qeyd edib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda mətbuata xüsusi diqqət və önəm verilib. Bununla bağlı bir sıra addımlar atılıb, müstəqil mətbu orqanlar fəaliyyətə başlayıb. Bunun nəticəsidir ki, hazırda biz azad mətbuatdan mütəmadi olaraq məlumatlar ala bildiyimiz bir dövrdə yaşayırıq".

Bundan əlavə M.Seyidov rəhbərlik etdiyi təşkilatın mətbuatla bağlı görülən işlərinə dair hesabatını diqqətə çatdırıb. O bildirib ki, "İrəli" İctimai Birliyi son bir illik fəaliyyəti ərzində 45-dən çox KİV-lə əməkdaşlıq əlaqələri qurub və bu əlaqələr yüksək səviyyədə davam etdirilir.

Daha sonra "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "İrəli"nin mətbuatla əlaqələrə xüsusi diqqət yetirdiyini, gənc jurnalistlərin peşəkarlığının artırılması istiqamətində müxtəlif layihə və proqramlar həyata keçirdiyini diqqətə çatdırıb.

Tədbirin sonunda Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrinə "İRƏLİ" İctimai Birliyi tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Ceyhun ABASOV

 





22.07.2015    çap et  çap et