525.Az

“Mobil qurğular istifadəçilərin sənədlərin çapına münasibətlərini dəyişir”


 

“Mobil qurğular istifadəçilərin sənədlərin çapına münasibətlərini dəyişir”<b style="color:red"></b> “IDC” analitik şirkəti tərəfindən 6 ölkənin 22 min mobil qurğu istifadəçisi arasında keçirilən sorğudan məlum olub ki, istifadəçilərin 75 faizi mobil qurğular ilə çapın biznes üçün fərdi kompüterlərin çap imkanları kimi əhəmiyyətli olmasını, 15 faizi isə daha vacib olmasını düşünür.

525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, rəyi soruşulanlar sənədlərin öyrənilməsinin sürətləndirilməsi, müştəri məmnunluğunun artırılması, əməliyyatların sayının çoxaldılmasını və yeni müştərilərin cəlb edilməsi kimi amilləri qeyd edirlər. Lakin istifadəçilərin yalnız 56 faizi mobil qurğuların çapı dəstəkləməsindən razıdır.

Smartfon sahiblərinin 35 faizi və planşet sahiblərinin 34 faizi qurğularında çapetmə funksiyasının olmasını arzulasa da, bu imkandan məhrumdur. Mobil qurğu istifadəçiləri sənədi kağızda deyil, kompüter ekranında oxumağı üstün tuturlar, lakin smartfon və ya planşet ekranı və kağız arasında seçim zamanı onlar kağızı seçirlər.
 
Sorğu həmçinin sənədlərin skan edilməsinin populyarlığının artmasını göstərib. Mobil qurğu istifadəçiləri bu məqsədlə tez-tez qurğulara quraşdırılan kameralardan istifadə edirlər, - "Computerworld” yazır.
 





22.07.2015    çap et  çap et