525.Az

Britaniyada piratlıqla məşğul olanları 10 il həbs gözləyir


 

Britaniyada piratlıqla məşğul olanları 10 il həbs gözləyir<b style="color:red"></b>

Böyük Britaniya İntellektual Mülkiyyət İdarəsi piratlığa görə maksimal həbs cəzasının 2 ildən 10 ilədək artırılması ilə bağlı təklif irəli sürüb.
 

525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, qanun sadə istehlakçılara qarşı deyil, qanunsuz kontent istehsalçılarına qarşı yönələcək. İntellektual mülkiyyət məsələləri üzrə nazir Lyusi Nevill-Rolfun sözlərinə görə, dövlət piratlığın biznesə və ümumilikdə iqtisadiyyata ziyan vurmasına görə ondan ciddi narahatdır. Həbs müddətinin artırılması təklifinin müəllifləri həmçinin əmindilər ki, hazırkı həbs cəzası yetirincə sərt deyil, piratlığın qarşısını almaq üçün cəza müddətini artırmaq lazımdır.
 
Britaniya hökumətinin təklifi qəbul edərək bəyənəcəyi gözlənilir, - “Qazeta” yazır.

 





22.07.2015    çap et  çap et