525.Az

"Media Kuboku"nun qalibləri müəyyənləşdi


 

"Media Kuboku"nun qalibləri müəyyənləşdi <b style="color:red"></b>

22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası mətbuat nümayəndələri arasında "Media Kuboku" yarışı keçirib.
 
Federasiyadan Trend-ə verilən məlumata görə, "Coca-Cola" şirkəti və "2 Təkər" velosiped mağazasının dəstəyi ilə təşkil olunan yarışda ölkəmizin müxtəlif Kütləvi İnformasiya Vasitələrinin 30 əməkdaşı iştirak edib.

Reqlamentə əsasən, mətbuat nümayəndələri əvvəlcə zamana qarşı mübarizə aparıblar və ən yaxşı nəticə göstərən 12 iştirakçı yarımfinala vəsiqə qazanıb. 2 qrupda keçirilən yarımfinal yürüşlərinin yekununa əsasən 6 finalçı müəyyənləşib.

3 km-lik final mərhələsində hamıdan yaxşı nəticə göstərən "Ailə TV"nin əməkdaşı Ramal Ələkbərov "Media Kuboku"nun qalibi olub. 2-ci yeri "Space" televiziyasının təmsilçisi Fuad Atakişiyev, 3-cü yeri isə idmanxeber.com saytının müxbiri, ötənilki yarışın qalibi Vüsal Mirzəyev tutub.

Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası, "Coca-Cola" şirkəti və "2 Təkər" velosiped mağazasının qiymətli hədiyyələri ilə təltif ediliblər. Bundan başqa, "Media Kuboku"nun qalibinə federasiya tərəfindən qiymətli velosiped də təqdim olunub.

 





23.07.2015    çap et  çap et