525.Az

“Seltik” – “Qarabağ”: başlama saatı müəyyənləşdi


 

“Seltik” – “Qarabağ”: başlama saatı müəyyənləşdi<b style="color:red"></b>

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Seltik" - "Qarabağ" matçının başlama saatı müəyyənləşib.

Qol.Az-ın Şotlandiya klubunun saytına istinadən yaydığı xəbərə görə, Qlazqo şəhərində keçiriləcək oyun iyulun 29-u Bakı vaxtı ilə saat 23:45-də (yerli vaxtla 19:45) başlayacaq.

Artıq oyunun biletləri də satışa çıxarılıb. Biletlərin qiyməti böyüklər üçün 20-22, 12-16 yaşlı uşaqlar üçün isə 7-12 funt-sterlinq (1 funt sterlinq bugünkü məzənnə ilə 1.6390 manatdır) təşkil edir.

 





23.07.2015    çap et  çap et