525.Az

Plastik kartlarla bağlı hər hansı dəyişiklik baş verməyib


 

Plastik kartlarla bağlı hər hansı dəyişiklik baş verməyib<b style="color:red"></b> Son günlər əmək pensiyaçılarının plastik kartlarının dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı əhali tərəfindən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) çoxsaylı müraciətlər daxil olub.
 
Fondun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, pensiyaların ödənilməsi bu məqsədlə elan olunan tenderdə qalib gələn banklarla bağlanan müqavilələr əsasında həyata keçirilir və xidmət müddəti davam etdiyindən bankomatlardan və plastik kartlardan istifadənin dəyişdirilməsi ilə bağlı heç bir narahatlığa əsas yoxdur.
 
Əmək pensiyaçıları öz pensiyalarını əvvəlki qaydada kartlarının aid olduğu banklardan almağa davam edəcəklər.
 





23.07.2015    çap et  çap et