525.Az

MTRŞ-da kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə görüş


 

MTRŞ-da kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə görüş <b style="color:red"></b> Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə görüş keçirilib.

MTRŞ-dan APA-ya verilən xəbərə görə, görüşdə kabel şəbəkəsi yayımı sahəsində olan mövcud vəziyyət  müzakirə olunub, yeni tikililərdə, hotellərdə qanunsuz kabel şəbəkəsi yayımına qarşı effektiv mübarizə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi qeyd edilib.
 
Görüşdə kabel şəbəkəsi yayımçıları tərəfindən bir sıra hallarda  xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması, hər hansı hüquqi əsas olmadan xarici teleradio yayımçılarının qanunsuz retranslyasiyası hallarının da mövcudluğu xüsusi vurğulanıb.
 
Kabel şəbəkəsi yayımı sahəsində bəzi tənzimləmə məsələlərinə MTRŞ-nın növbəti iclasında baxılması qərara alınıb.
 





23.07.2015    çap et  çap et