525.Az

İtaliyada itlərin hürməsi qadağan olundu


 

İtaliyada itlərin hürməsi qadağan olundu<b style="color:red"></b>

İtaliyanın kiçik Kontrone şəhərinin meri Nikola Pastore qeyri-adi qərar verib.
 
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, qərara əsasən şəhərdə itlərin günorta saat 14:00-16:00 arasında hürməsi qadağan olunur. Mer it hürməsinin şəhər şakinləri və turistləri siesta vaxtı (günorta yeməyindən sonra 2 saatlıq yuxu) narahat etdiyini bildirib. Qadağan olunmuş saatlarda hürən itlərin sahibləri 25-500 avro arasında cərimə ödəməli olacaq.

Siesta İtaliya və bir çox Aralıq dənizi ölkələrində geniş yayılmış adətdir və günorta isti havada insanların bir neçə saatlıq yuxulaması ilə müşahidə olunur.

Siestanın geniş yayıldığı İspaniyanın Adora şəhərində isə 1 həftə bundan əvvəl qəbul edilən qərarla şəhərdə işləyən və yaşayan hər kəsə günorta saatlarında 3 saat yatmaq icazəsi verilib.

 





23.07.2015    çap et  çap et