525.Az

Kiyevdə bank binası minaatandan atəşə tutulub


 

Kiyevdə bank binası minaatandan atəşə tutulub<b style="color:red"></b>

İyulun 24-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevdə güclü partlayış baş verib.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, hadisə “Ukrinbank” bankının qarşısında baş verib.
 
Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomobildən düşüb və  bankın 4-cü mərtəbəsini minaatandan atəşə tutub.
 
Hadisə yerinə çox sayda polis qüvvəsi cəlb edilib. Bununla belə, hadisə ilə bağlı rəsmi qurumlar hələ ki, açıqlama vermirlər.
 
İlkin məlumata əsasən, ölən və xəsarət alan yoxdur.

 





24.07.2015    çap et  çap et