525.Az

"Kəpəz" Gürcüstan klubu ilə bərabərə qaldı


 

"Kəpəz" Gürcüstan klubu ilə bərabərə qaldı<b style="color:red"></b>

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən "Kəpəz" ikinci yoxlama oyununa çıxıb.

Klubun mətbuatın xidmətindən Qol.Az-a verilən məlumata görə, "sarı-göylər"in rəqibi Gürcüstanın yüksək liqasında çıxış edən "Şukura" klubu olub.

Ərzurum Bələdiyyəsinə məxsus meydançada keçirilən görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar oyundan 1:1 bərabərliklə ayrılıb.

Xatırladaq ki, Gəncə klubu Türkiyədə ilk oyununu iyulun 21-də "1461 Trabzon" klubuna qarşı keçirib. Matç "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə nəticələnib.

23 iyul

Yoxlama oyunu

"Kəpəz" (Azərbaycan) - "Şukura" (Gürcüstan) - 1:1

 





24.07.2015    çap et  çap et