525.Az

Novruz Aslanov hesabat yığıncağında iştirak edib


 

Novruz Aslanov hesabat yığıncağında iştirak edib<b style="color:red"></b> İsmayıllı Rayon İcra Hakimiyyətində “2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları”na həsr olunmuş hesabat yığıncağı keçirilib.
 
APA-nın xəbərinə görə, hesabat yığıncağında Milli Məclisin deputatı Novruz Aslanov, yerli idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 
Millət vəkili Novruz Aslanov çıxış edərək İsmayıllı rayonuna dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, bütün bölgələrdə həyata keçirilən sosial-iqtisadi layihələrdən, əhalinin ona etdiyi müraciətlərin icrasından, hökumət strukturlarının bu işlərdə fəal iştirakından danışıb.
 
Məlumat üçün bildirək ki, hesabat yığıncağından öncə millət vəkili İsmayıllı rayonunun Sumağallı kəndində seçicilərini qəbul edib. Qaldırılan məsələ əsasən, kəndə təbii qazın verilməsi ilə bağla olub.
 





24.07.2015    çap et  çap et