525.Az

Müharibə veteranı olan telejurnalistdən prezidentə minnətdarlıq


 

Müharibə veteranı olan telejurnalistdən prezidentə minnətdarlıq<b style="color:red"></b>

"13 ildən çoxdur ki, jurnalistikadayam. 2007-ci ildən isə İctimai Televiziyanın Qarabağ müxbiriyəm. Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edir, uğurlar arzulayıram. Eləcə də təltif olunmuş bütün həmkarlarımın sevinclərini bölüşdüyümü bildirirəm".

Bu cümlələr Qarabağ müharibəsi veteranı, hazırda İTV-nin Qarabağ üzrə müxbiri kimi çalışan, bugünlərdə "Tərəqqi" medalına layiq görülmüş Şöhrət Eyvazovun ölkə rəhbərliyinə minnətdarlıq, həmkarlarına isə təbrik məzmunlu açıqlamasından götürülüb.

Ş.Eyvazov bildirir ki, təltif olunması haqqında xəbəri jurnalist dostundan eşidəndə hədsiz sevinib:

"Bundan əvvəl hərbi xidmətimlə əlaqadar iki medal almışam. Jurnalist fəaliyyətimdə də müxtəlif fəxri fərmanlar və diplomlara layiq görülmüşəm.

Cənab prezidentin imzası ilə "Tərəqqi" medalına layiq görülməyim isə məndə çox böyük sevinc hissi yaratdı. Bölgədə fəaliyyət göstərdiyimizə baxmayaraq, unudulmamağımız mənə xoş duyğular yaşatdı. Mediaya göstərdiyi böyük qayğıya görə dövlət başçısına təşəkkür edirəm. Özümə və bütün həmkarlarıma isə qələbə soraqlı xəbərlər çatdırmağı arzu edirəm.

Müharibə veteranı, cəbhə bölgəsində xidmət edən bir jurnalist və ehtiyatda olan kapitan kimi möhtərəm Prezidentimizə sonsuz minnətdarlığımı bildirməklə bərabər, qürur hissi ilə bu sözləri dilə gətirmək istərdim:
"Azərbaycan Respublikasına xidmət edirəm!"

Fidan HÜSEYNOVA

 





24.07.2015    çap et  çap et