525.Az

Gunxeber.com saytı Rafiq Əliyevdən üzr istəyir


 

Gunxeber.com saytı Rafiq Əliyevdən üzr istəyir<b style="color:red"></b>

Mayın 26-da Gunxeber.com saytında "Rafiq Əliyev həbs oluna bilər" başlıqlı yazı dərc olunub.

Saytımızın elektron ünvanına göndərilən və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sabiq sədri Rafiq Əliyevdən bəhs edən məktub əsasında əməkdaşımızın hazırladığı həmin yazı rəhbərliyin diqqətindən yayınıb və mənbəsi dəqiqləşdirilmədən dərc olunub.

Sözügedən xəbər hazırlanarkən hörmətli Rafiq Əliyevin fikirləri öyrənilməyib. Yazıda əks olunan məqamlar "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elməri doktoru Rafiq Əliyevin narazılığına və narahatçılığına səbəb olduğundan Gunxeber.com saytının rəhbərliyi R.Əliyevin bu narazılığını anlayır və dəqiqləşdirilməmiş mənbəyə əsaslanan belə bir yazını dərc etdiyinə görə ondan üzr istəyir.
 
Eyni zamanda bildiririk ki, bu xəbəri dərc etməklə hörmətli alim Rafiq Əliyevə qarşı hər hansı bir qərəzimiz və hansısa məqsədimiz olmayıb. Sadəcə olaraq əməkdaşımızın diqqətsizliyi səbəbindən belə bir yazı saytımızda dərc olunub. Yazını hazırlayan əməkdaşımızın redaksiyadaxili qaydada cəzalandırıldığını bildirərək bir daha hörmətli Rafiq Əliyevdən üzr istəyirik.

Zabil Müqabiloğlu
Gunxeber.com saytının baş redaktoru

 





24.07.2015    çap et  çap et