525.Az

Türkiyə narazıdır


 

Türkiyə narazıdır<b style="color:red"></b>

Türkiyə Xarici İşlər Nazirliyi Belçika parlamentinin Nümayəndələr Palatasının “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnaməni pisləyib.

APA-nın məlumatına görə, rəsmi Ankara belçikalı deputatlara digər problemlərlə məşğul olmağı məsləhət görüb.
 
“Bu qərar tarixi faktları təhrif edir və qanuna məhəl qoymur, habelə Belçika-Türkiyə münasibətlərinə dərin təsir göstərir”, - deyə bəyanatda vurğulanıb.
 
Bəyanatda həmçinin qeyd edilib ki, Avropanın çətin vaxtlarında Belçika parlamentariləri ölkə vətəndaşlarının rifahını düşünmək əvəzinə Türkiyə-Belçika münasibətlərinə yad olan məsələ üçün çalışırlar.
 
“Bu cür qərarlar erməni-türk barışığı üçün də xidmət etmir”, - deyə bəyanatda qeyd edilib.
 
Xatıraldaq ki, Belçika parlamentinin Nümayəndələr Palatası dünən "erməni soyqırımı"na dair qətnamə qəbul edib. Səsvermə zamanı 124 deputat sənədin lehinə səs verib, 8 deputat bitərəf qalıb, əleyhinə isə səs verən olmayıb.
 
Əlavə edək ki, Belçika Senatı uydurma "erməni soyqırımı"nı 1998-ci ildə tanıyıb.

 





24.07.2015    çap et  çap et