525.Az

"Qiyamət"in saatı da açıqlandı


 

"Qiyamət"in saatı da açıqlandı<b style="color:red"></b>

Uzun müddətdir ki, insanlar arasında dekabrın 21-də dünyanın qaranlığa qərq olacağı haqqında məlumatlar dolaşır. İndi isə bu günlə bağlı daha bir iddia yayılmağa başlayıb.

ANS PRESS-in məlumatına görə, Mayya təqviminin uzun dövrlərindən birinin başa çatmasına saylı saatlar qalmış, bütün dünyada qiyamətlə bağlı geri sayım başlayıb. Bu iddialara inananlara görə, qiyamət 11.11-də qopacaq.

Qeyd edək ki, Türkiyənin dini işlər idarəsi və NASA dəfələrlə bu iddiaların yalan olması, dünyanın sonu barədə heç bir söhbət gedə bilməyəcəyi barədə barədə açıqlama verib. Lakin çoxları bu tarixdə dünyanın qaranlığa qərq olacağını barədə iddialara inanaraq 21 dekabr üçün uzun müddət əvvəldən hazırlıq görməyə başlayıblar.

 





20.12.2012    çap et  çap et