525.Az

“Ac həriflər” Dərbənddə tamaşaya qoyulub


 

“Ac həriflər” Dərbənddə tamaşaya qoyulub<b style="color:red"></b> Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Dram Teatrında Əbdürrəhim bəy Haqverdiyevin eyni adlı əsəri əsasında hazırlanan “Ac həriflər” tamaşasına daxili baxış keçirilib.
 
Azərbaycan Akademik Milli Dram Teatrından APA-ya verilən məlumata görə, tragikomediya janrındakı tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru ƏR-Toğrul, rejissor assistenti Mədinə Hacıağayeva, quruluşçu rəssamı Naidə Əlimetova (teatrın baş rəssamı), musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.
 
Tamaşada rolları - Dağıstanın əməkdar artisti Mahir Məlikov (Həsən), Canpolat Əliyev (İbrahim bəy), Dinşah Əbdulqafarov (Mirzə Mahmud), Saladunxan Bədirxanov (Veli), Təhminə Ömərova (Zərbəli), Məhərrəm Ömərov (Hüseyn), Mədinə Hacıağayeva (Gülya), Səidə Əliyeva (Nataşa), Şükufə Məlikova, Diləfruz Şıxməmmədova (Lətifə), Kəmalə Rzayeva (Sənubər), Rəhilə Ömərova (Səbinə), Zemfira Ağabəyova (İlhamə) ifa edirlər.
 
Tamaşa əsərdən fərqli şəkildə səhnələşdirildiyindən personajların adlarında dəyişikliklər edilib. Tamaşada hadisələr dəlixanada baş verir. Süjetin əsas xəttini keçmiş və müasir dövrün qarşıdurması, oxşarlıqları və fərqlilikləri təşkil edir. Tamaşanın sonunda aydın olur ki, zaman və məkan dəyişsə də, insanlar dəyişməz qalıblar, dəyişən isə yalnız zahirləri, görünüşləridir.
 
Tamaşanın premyerasının sentyabr ayında teatr mövsümünün açılışı günündə oynanılması nəzərdə tutulur.
 





24.07.2015    çap et  çap et