525.Az

Obama ata yurdunda


 

Obama ata yurdunda<b style="color:red"></b>

ABŞ prezidenti Barak Obama Ağ Evin rəhbəri olduğu müddətdə ilk dəfə olaraq atasının vətəni olan Keniyaya ikigünlük səfərə gəlib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Keniya rəhbəri Uxuru Keniata danışıqların əsas mövzusunun təhlükəsizlik və ticarət olacağını bildirib. ABŞ Somalinin “Əş Şəbab” qruplaşması ilə mübarizədə Keniyaya yardım göstərir.
 
Qeyd edək ki, Obama Nayrobiyə səfəri çərçivəsində Sahibkarların Qlobal Sammitində iştirak etmək və keniyalı qohumları ilə görüşmək niyyətindədir. Lakin ABŞ prezidenti  atasının dəfn olunduğu Keniyanın Koqela kəndinə baş çəkməyəcək.
 
Barak Obamanın Keniyadan sonra Afrika İttifaqının mənzil-qərargahı yerləşən Efiopiyaya səfər edəcəyi gözlənilir.

 





25.07.2015    çap et  çap et