525.Az

Pakistan Çindən 5 mlrd dollarlıq sualtı qayıq alacaq


 

Pakistan Çindən 5 mlrd dollarlıq sualtı qayıq alacaq<b style="color:red"></b>

Pakistan Çindən 8 ədəd sualtı qayıq almaq niyyətindədir.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq razılaşma Pakistanın maliyyə, iqtisadiyyat, statistika və özəlləşdirmə naziri İshaq Dar və Çinin “China Shipbuilding & Offshore International Company”  gəmiqayırma zavodunun baş direktoru Süy Tzıtzyu arasında əldə olunub.
 
Məlumata görə, kontraktın dəyəri 4-5 mlrd dollar təşkil edə bilər. Ödənişlərin 4 bərabər hissələr ilə həyata keçiriləcəyi bildirilir.
 
“Saziş Çin hökuməti razılıq verdikdən sonra imzalanacaq”, deyə o əlavə edib və sənədin özünün artıq razılaşdırıldığını vurğulayıb.   
 
Sualtı qayıqların növü və tipi barədə xəbər verilmir.

 





25.07.2015    çap et  çap et