525.Az

Nigar Yaqublunun apellyasiya şikayəti təmin olunmadı


 

Nigar Yaqublunun apellyasiya şikayəti təmin olunmadı

 Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində həbsdə olan Müsavat partiyasının üzvü Nigar Yaqublunun apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, məhkəmə sentyabrın 11-də N. Yaqublu barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar verib. Həmin qərardan isə apellyasiya şikayəti verilib.

N. Yaqublu Cinayət Məcəlləsinin 263.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsinə əsasən saxlanılıb.

 





17.09.2012    çap et  çap et