525.Az

ABŞ Ukraynada hərbi təlimlər keçirəcək


 

ABŞ Ukraynada hərbi təlimlər keçirəcək<b style="color:red"></b>

ABŞ Ukraynanın qərbində hərbi təlimlər keçirəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib. 
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  Mark Toner təlimlərin ölkənin qərbində, “Polşa sərhədinin yaxınlığında” keçiriləcəyini bildirib: “Bu Milli Qvardiya ilə keçirilən təlimlərə oxşar tədbirlər olacaq” 
 
Toner qeyd edib ki, keçiriləcək təlimlər ABŞ-Ukrayna arasında uzunmüddətli əməkdaşlığın bir hissəsidir. 
 
Dövlət Departamentinin rəsmi nümayəndəsi təlimlərin Milli Qvardiya ilə yanaşı Silahlı Qüvvələri də əhatə edəcək. O bu addımın Ukrayna hökumətinin dəvəti əsasında həyata keçirildiyini bildirib.

 





25.07.2015    çap et  çap et