525.Az

“Traktorsazi” “Qəbələ”ni təbrik edib


 

“Traktorsazi” “Qəbələ”ni təbrik edib<b style="color:red"></b>

Təbriz şəhərinin “Traktorsazi” komandası “Facebook”dakı TiraXtürk Fan Klub səhifəsində “Qəbələ” futbol klubunu son möhtəşəm qələbə münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, səhifədə “Yaşasın Quzeyli soydaşlarımız, yaşasın Qəbələ” sloqanının ardınca Azərbaycan Milliyyətçi Gəncləri, Qəbələ 2-0 Çukoraçki (Serbiya) cümlələri paylaşılıb.
 
Səhifədə həmçinin “Qəbələ” Fan Klubu üzvlərinin “Qəbələ - Çukoraçki” görüşündən çəkilmiş şəkli yerləşdirilib. Şəkildə “Qəbələ” azarkeşlərinin əlində Güney Azərbaycanın istiqlal bayrağı görünür.
 
Xatırladaq ki, həmin fotonu tanınmış jurnalist Azər Sarıyev “Qəbələ” futbol klubu Avroliqa oyunları çərçivəsində Serbiyanın “Çukoraçki” klubunu qəbul edərkən “Bakcell Arena”da çəkib. A. Sarıyev bu fotonu “Qəbələ” Fan Klubu ilə bağlı təəssüratlarını bölüşdüyü “Qəbələ” Qələbəyə məhkum idi” sərlövhəli məqaləsi ilə birlikdə saytlara təqdim edib.

 





25.07.2015    çap et  çap et