525.Az

"Xəzər Lənkəran" Türkiyə klubuna qalib gəldi


 

"Xəzər Lənkəran" Türkiyə klubuna qalib gəldi<b style="color:red"></b>

Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" klubu dünən son yoxlama matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Yunis Hüseynovun komandası Türkiyə III liqasında mübarizə aparan "Dərincəspor"la qarşılaşıb.

Kapadokiya bölgəsində keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayıb.  Matç "Xəzər Lənkəran"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Xəzər Lənkəran" daha öncə keçirdiyi yoxlama görüşlərində "Niğdespor"a 1:0, "Antalya Kunduspor"a 8:1 hesabı ilə qalib gəlib. Daha sonra "Kayserispor"la heç-heçə edən Lənkəran təmsilçisi "Kasımpaşa"ya uduzub - 0:2.

24 iyul

Yoxlama oyunu

20:00. "Dərincəspor" (Türkiyə) – "Xəzər Lənkəran" (Azərbaycan) - 1:2
Qol: Limam S`Eydi, 19, Aykut, 44 (1:1), Limam S`Eydi, 62 (1:2)

 





25.07.2015    çap et  çap et