525.Az

“Həyəcan siqnalı” layihəsi başladı


 

LAYİHƏDƏ ƏSAS MƏQSƏD GƏNC JURNALİSTLƏRİN HƏRBİ SAHƏDƏ BİLİK VƏ BACARIQLARINI ARTIRMAQDIR

“Həyəcan siqnalı” layihəsi başladı<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyiylə  “Həyəcan siqnalı” layihəsi keçirilir.

Layihənin təşkilatçısı Türkan Nadirqızı qeyd edib ki, əsas məqsəd gənc jurnalistlərin hərbi sahədə bilik və bacarıqlarının artıraraq, vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq işlərinin təkmilləşdirilməsinə yardım etməkdir: “Müharibə jurnalistikasında ən mühüm cəhətlərdən biri informasiyanın operativ şəkildə çatdırmaqla yanaşı ehtiyatlı və diqqətli şəkildə ötürməkdir. Layihə Azərbaycanın gənc jurnalistlərinin informasiya müharibəsi müddətində qeyri-peşəkarlığını aradan qaldırılmasına, eləcə də vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ənənələrinə sadiq qalaraq insanlarda təşviş yarada biləcək və ölkə maraqlarına zərbə vura biləcək informasiyaların yayılmasının qarşısının alınması yollarını təbliğ etməyə xidmət edəcək. “Həyəcan siqnalı” layihəsi çərçivəsində müxtəlif media orqanlarında fəaliyyət göstərən 30 gənc jurnalistin hərbi mətbuat tarixi, jurnalistikada ədalət prinsipi, müharibə jurnalistikasının qaydaları, hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı ilə bağlı nəzəri və praktiki bilikləri artırılacaq”.

“İrəli”nin sədri MirHəsən Seyidov bildirib ki, vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca elementlərini təşkil etməlidir: “Bu da təbii olaraq, “Həyəcan Siqnalı” layihəsinin icrasını vacib edən əsas problemə çevrilir”.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov çıxış edərək jurnalistikanın əhəmiyyətindən danışıb.

Daha sonra “modern.az” saytının baş redaktoru Elşad Eyvazlı jurnalistlərə təlim keçib.

Layihə iyulun 26-na kimi davam edəcək.

Ceyhun ABASOV

 





25.07.2015    çap et  çap et