525.Az
Müsavat Partiyası apellyasiya şikayəti verib
Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddia əsasında çıxarılan qərardan apellyasiya şikayəti verib.
APA-nın məlumatına görə, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə bu gün təqdim edilib.
Qeyd edək ki, 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsində Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı sərbəst toplaşma azadlığının pozulmasına dair iddia ərizəsinə baxılıb.
Məhkəmə iddianın mümkün sayılmaması barədə qərar qəbul edib və partiyanın iddiasını təmin etməyib.
Apellyasiya şikayəti həmin qərardan verilib.
27.07.2015
çap et