525.Az

“Qarabağ" "Seltik"ə uduzdu - Video


 

“Qarabağ" "Seltik"ə uduzdu - <b style="color:red">Video</b>

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində yeganə təmsilçimiz olan “Qarabağ” da növbəti oyununa çıxıb.

Qurban Qurbanovun komandası Şotlandiyanın “Seltik” klubu ilə qarşılaşıb. Ardıcıl dörd mövsüm, ümumilikdə isə 46 dəfə ölkəsinin çempionu olan Qlazqo təmsilçisi ilə komandamızı çətin oyun gözləyirdi.

“Qarabağ” Azərbaycan futbolu tarixində Şotlandiya klubu ilə görüşən ilk komanda olub. Ağdam təmsilçisi Şotlandiya səfərindən sərfəli nəticə ilə qayıtmaq niyyətində idi. Matçın taleyini bir qol həll edib. Boyatanın görüşün 82-ci dəqiqəsində vurduğu qol "Seltik"ə minimal hesablı qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 5-də, Bakıda keçiriləcək.

29 iyul

Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu

23:45. "Seltik" (Şotlandiya) - "Qarabağ" (Azərbaycan) - 1:0

Qol: Boyata, 82 (1:0)

Baş hakim: Robert Şörgenhofer (Avstriya)
Qlazqo. “Seltik Park” stadionu

"Seltik": Qordon, İsaqirre, van Deyk, Boyata, Lustiq, Biton, Skott Braun (k),Armstronq, Makkay Stiven, Yohansan, Nadir Çiftçi

Ehtiyat oyunçular: Baillu, Ambrose, Yanko, Kommons, Rogic, Forrest, Qriffiths

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev,  Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov, Reynaldo, Alharbi Əl Jadeyaoui, İlqar Qurbanov, Cavid Tağıyev

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Elvin Yunuszadə, Vüqar Mustafayev, Elvin Məmmədov, Raydell Puponu, Coşqun Diniyev, Azər Salahlı



 





30.07.2015    çap et  çap et