525.Az

Əsrin sonunadək Yer kürəsinin əhalisi 11,2 milyarda çatacaq


 

Əsrin sonunadək Yer kürəsinin əhalisi 11,2 milyarda çatacaq<b style="color:red"></b>

XXI-ci əsrin sonunadək Yer kürəsinin əhalisi 11,2 milyarda çatacaq.

APA-nın məlumatına görə, BMT-nin Demoqrafiya məruzəsində belə deyilir.
 
2030-cu ildə dünyada əhalinin sayı 8,5 milyard, 2050-ci ildə isə - 9,7 milyard təşkil edəcək. Hazırda Yer kürəsində 7,3 milyard insan yaşayır.
 
Hesablamalara əsasən, 2022-ci ilədək Hindistan əhalinin sayına görə Çini ötüb keçəcək, 2050-ci ildə isə Nigeriya ABŞ-ı qabaqlayaraq dünyada 3-ü yerə çıxacaq.
 
Məruzədə həmçinin qeyd edilir ki, 2050-ci ildə yaşı 60-dan çox olan insanların sayı ikiqat artacaq, Avropada isə ahıl yaşlı insanların sayı 34% təşkil edəcək.

 





30.07.2015    çap et  çap et