525.Az

Rusiya veto qoydu


 

Rusiya veto qoydu<b style="color:red"></b> Rusiya BMT Təhlükəsizlik Şurasında  Ukraynada   Malayziyaya məxsus “Boeing” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar beynəlxalq tribunalın yaradılmasını nəzərdə tutan qətnamə layihəsinə veto qoyub.
 
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, 11 TŞ üzvü qətnamə layihəsinin lehinə səs verib, 3-ü bitərəf qalıb.
 
Rusiya özünün veto qoymaq hüququndan istifadə edərək qətnamənin qəbuluna imkan verməyib.
 
Qeyd edək ki, malayziyalı diplomatlar BMT-nin Təhlükəsizlik Şurasında beynəlxalq tribunalın yaradılması və  qəzada əli olanların cinayət məsuliyyətinə cəlb edilməsinə dair qətnamə irəli sürmüşdülər.
 
Xatırladaq ki, 2014-cü il, iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçan “Boeing 777” təyyarəsinin Donetsk vilayətində qəzaya uğraması nəticəsində  298 nəfər həlak olub.
 





30.07.2015    çap et  çap et