525.Az

Dini radikalizmlə mübarizə çərçivəsində növbəti tədbir


 

Dini radikalizmlə mübarizə çərçivəsində növbəti tədbir <b style="color:red"></b> Dünən Daxili İşlər Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında "Dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə Daxili Qoşunların şəxsi heyətinin maarifləndirilməsi istiqamətində birgə işin təşkilinə dair Tədbirlər Planı" çərçivəsində Lənkəran rayonunda Daxili Qoşunların N saylı hərbi hissəsində dini radikalizmlə mübarizə mövzusunda tədbir keçirilib.

Komitədən 525.az-a verilən məlumata görə qurumun sədr müavini Gündüz İsmayılov tədbirdə çıxış edərək, dini radikalizmi doğuran səbəblərdən, radikalizmlə mübarizədə maarifləndirmə işinin əhəmiyyətindən danışıb.

Sədr müavini İslam dininin ekstremizmə, radikalizmə qarşı mənəvi dəyərlər sistemi olduğunu bildirərək, radikalizmi doğuran başlıca səbəblərdən biri kimi dinlərin mahiyyətinin təhrif olunmasını qeyd edib:
 
İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur.

Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir".

Vətənə, dövlətə sevginin, Vətəni müdafiə etməyin İslam əqidəsinin əsas prinsiplərindən olduğunu bildirən Gündüz İsmayılov dini maarifləndirmə ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Eyni zamanda milli-mənəvi dəyərlərimizin qorunması və təbliğ edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.

Daha sonra Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov görüş iştirakçılarının suallarını cavablandırıb.
 





30.07.2015    çap et  çap et