525.Az
Lənkəran Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsindən azad edilib
Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vasif Məmmədrahim oğlu Fərzullayev vəzifəsindən azad edilib.
APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran icra başçısı Taleh Qaraşovun digər sərəncamı ilə həmin vəzifəyə 1982-ci il təvəllüdlü Vüsal İbrahim oğlu Nəsirli təyin olunub.
Qeyd edək ki, V.Nəsirli Lənkəran Dövlət Universitetinin məzunudur.
01.08.2015
çap et