525.Az

Mourinyo medalını tribunaya atdı - Video


 

Mourinyo medalını tribunaya atdı - <b style="color:red">Video</b>

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo etdiyi hərəkətlə növbəti dəfə diqqətləri öz üzərinə cəlb edib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandasının İngiltərə superkubokunda "Arsenal"a qarşı matçda məğlub olmasına təəssüflənən portuqaliyalı mütəxəssis medalını azarkeşlərin olduğu tribunaya atıb.

J.Mourinyo etdiyi hərəkətlə bağlı bunları deyib: "Bu, məğlub olanların medalıdır. Medalı götürən azarkeş üçün yaxşı xatirə olar. "Çelsi" oyun ərzində ən güclü tərəf idi. "Arsenal" 10 futbolçu ilə yaxşı müdafiə olundu. Onlar təbrik edirəm".

Qeyd edək ki, "Arsenal" "Çelsi"yə 1:0 hesabı ilə qalib gələrək kubokun sahibi olub.

 





03.08.2015    çap et  çap et