525.Az

Tədris Cərrahiyyə Klinikasında üçəm dünyaya gəlib


 

Tədris Cərrahiyyə Klinikasında üçəm dünyaya gəlib<b style="color:red"></b>

Bakı sakini Pərvanə Daşdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 2 qız və bir oğlan dünyaya gətirib.  

525.az universitetin mətbuat katibliyinə istinadən xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru, ATU-nun I Mama-ginekologiya kafedrasının assistenti Arzu İsmayılovanın sözlərinə görə,  Pərvanə xanım hamiləliyi dövründə bir neçə dəfə Tədris Cərrahiyyə Klinikasına müraciət edib:

“Hamiləlik zamanı vaxtından öncə doğuş riski olsa da, buna qarşı müvafiq müalicə aparılıb və nəticədə hamiləlik normal davam edib. Son aylarda ana tam nəzarətə götürülüb. Hamiləlik təxminən 36-cı həftədə sona çatdırılıb”.

A.İsmayılovanın sözlərinə görə, üçəmlərin qeysəriyyə kəsiyi əməliyyatı ilə götürülməsi haqda qərar verilib.

Hazırda pediatr nəzarətində olan uşaqların vəziyyəti normaldır.

Qeyd edək ki, oğlan 2300 qr, qızlar isə 1750 və 2100 qr çəki ilə doğulublar.

 





03.08.2015    çap et  çap et