525.Az

İnyesta zədələndi


 

İnyesta zədələndi<b style="color:red"></b>

"Barselona"nın futbolçusu Andres İnyesta zədələnib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi Beynəlxalq Çempionlar kubokunda "Fiorentina"ya qarşı matçda zədə alıb və fasilədə əvəzlənib.

Oyundan sonra Kataloniya klubunun baş məşqçisi Luis Enrike A.İnyestanın durumu barədə məlumat verib. O deyib ki, ispan oyunçunun zədəsi ciddi deyil. Ancaq buna baxmayaraq, o, bu gün tibbi müayinədən keçəcək. Yalnız bundan sonra futbolçunun durumu ilə bağlı qəti söz demək olacaq.

Xatırladaq ki, "Fiorentina" - "Barselona" oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 





03.08.2015    çap et  çap et