525.Az

Çindən gələn sınaq konteyner qatarı Ələtə çatıb


 

Çindən gələn sınaq konteyner qatarı Ələtə çatıb<b style="color:red"></b> Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çin dəmir yolu təşkilatlarının birgə təşəbbüsü ilə ilk dəfə Çin, Qazaxıstan və Azərbaycandan keçəcək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə (4768 km, o cümlədən 4258 km dəmir yolu, 510 km dəniz məsafəsi) marşrutu ilə hərəkət edən sınaq konteyner qatarının saat 10 radələrində Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət limanına çatıb.
 
“APA-Economics”in məlumatına görə, qatarın qarşılanma mərasimində çıxış edən Azərbaycanın baş nazirin müavini Abid Şərifov Çindən Azərbaycana ilk konteyner qatarının gəlməsini bölgə və Azərbaycan üçün böyük bir hadisə adlandırıb.
 
O bildirib ki, Çindən gələn ilk qatar bu və digər ölkələrin yüklərinin Avropaya çatdırılması prosesində böyük yük axınının başlanğıcı olacaq.
 





03.08.2015    çap et  çap et